BİOLOJİ AKTİV ƏLAVƏLƏR
BAƏ — gündəlik sağlamlıq porsiyasıdır!
Düzgün qidalanma sağlamlığın əsasıdır. Qidaya bioloji aktiv əlavələr (BAƏ) rasionu dəyərli və optimal etməyə kömək edəcək.
BAƏ mineralların, vitaminlərın, qida liflərinin, dərman bitkilərinin cövhərlərinin, çox doymuş yağlı turşuların, aminturşuların və s. təbii kompleksləridir. Onlar qidalanmada boşluqları doldurur, faydalı maddələrin mənimsəməsini yaxşılaşdırır, orqanizmin daxili ehtiyatlarını aktivləşdirir və bir çox xəstəliklərin riskini aşağı salır.
Alimlərin və həkimlərin əksəriyyətinin fikrincə, BAƏ-in düzgün və müntəzəm qəbulu insana nəinki uzun müddət gənc, sağlam və enerji dolu qalmağa imkan verir, həm də onun həyatının keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
KLASSİK HİT
Gündəlik müdafiə və hüceyrələrin qidalandırılması
Əgər hüceyrə sağlamdırsa, onda bütovlükdə orqanizm də sağlamdır. Classic Hit məhsulları orqanizmin gündəlik müdafiəsini hüceyrə səviyyəsində təmin edir. Hər hansı bir xəstəlik zamanı bərpa proqramını bu xəttin məhsullarının qəbulundan başlamaq lazımdır. Classic Hit geniş təsir spektri problemlər kompleksini həll etməyə, yəni təmizləməyə, bərpa etməyə və orqanizmin hər bir hüceyrəsini qorumağa və bir çox xəstəliklərin inkişafının qarşısını almağa imkan verir.
Classic Hit xəttinin məhsulları orqanizmin hüceyrələrinin ömür dövrünü uzadır, və onlar yenidən gəncləşməyə və sağlam hüceyrələr kimi fəaliyyət göstərməyə başlayırlar. Classic Hit məhsullarının effektivliyi nəinki kliniki tədqiqatlarla, həm də yüz minlərcə istifadəçinin əldə etdiyi müsbət nəticələrlə sübut edilmişdir. Kolleksiyaya baxın.
DİREKT HİT
Məqsədyönlü təsirli xüsusi məhsullar
Direct Hit xəttinin hər bir məhsulu məqsədyönlü təsirə və lokal effektə malikdir. Xətt müəyyən xəstəliklərlə mübarizə üçün xüsusi olaraq hazırlanmış məhsulları birləşdirir. Məcmu halda onlar sağlamlıq problemlərinin geniş spektrini əhatə etməyə imkan verir. Xəttin məhsulları xroniki xəstəliklər zamanı vəziyyəti gözə çarpan dərəcədə yaxşılaşdırır, xəstəliyin inkişafının, residivlərin və mümkün ağırlaşmaların qarşısını alır.
ПDirect Hit xüsusi təsirli məhsullar orqanizmin məhz ən çox ehtiyac duyduğu sferasının sağlamlığını yaxşılaşdırmaq üçün səmərəli və etibarlı üsuldur.
DJUNİOR HİT
Uşaqlarınızın gündəlik müdafiəsi
Uşaqlar üçün vitamin-mineral kompleksləri Arkofarma fransız konserni tərəfindən işlənmiş və İrlandiyada istehsal edilmişdir. Onlar böyüyən orqanizm üçün zəruri olan əsas vitaminlərin və makro- və mikroelementlərin optimal yığımını təşkil edir.
Onların tərkibinə uşağın düzgün inkişafı üçün lazım olan bütün vitaminlər, minerallar və bitki komponentləri daxil edilmişdir. Junior Hit uşaq kompleksləri immuniteti gücləndirir, dayaq-hərəki aparatın formalaşmasını, hərəki fəallığı və düzgün əqli və fiziki inkişafı dəstəkləyir. Bundan başqa, onların xoş dadı var. Junior Hit komplekslərinin müntəzəm qəbulunun nəticəsi göz qabağındadır — bu, uşaq orqanizminin formalaşmasının bütün mərhələlərində uşağın ahəngdar inkişafıdır.