Ağıllı yemək
Nanotexnologiyalar sağlamlığın keşiyində
Smart Food həmçinin "gələcəyin qidası" adlandırılan "ağıllı qidadır". O təbii, ekoloji təmiz inqrediyentlər əsasında nanotexnologiyaların köməyi ilə yaradılmışdır. Nanotexnologiyaların istehsalatda tətbiqi faydalı maddələrin çox kiçik ölçüdə olan (ən çox 100 nanometr) hissəciklərindən istifadə etməyə imkan verir ki, bu da məhsulların tərkibinə daxil olan bioloji aktiv maddələrin mənimsənmə effektivliyini əhəmiyyətli dərəcədə artırır.
Smart Food xarici amillərin mənfi təsirinə ən çox meylli olan orqan-hədəflərin gündəlik müdafiəsini təmin edir; hüceyrələrin cavanlaşmasına və orqanizmin ümumi sağlamlaşmasına imkan yaradır.
D4X
Bal növlərinin eksklüziv yığımı
D4X xəttinin "ağıllı" məhsulları xüsusi olaraq unikal, zamanla sınaqdan keçirilmiş təbii inqrediyentlərin əsasında, ən yeni texnologiyalardan istifadə olunaraq istehsal edilir. Bütün komponentlər dünyanın ən təmiz regionlarında yığılır. Məhsulların keyfiyyəti ISO və GMP beynəlxalq standartlarına tamamilə uyğundur.
D4X məhsulları adi qida qəbulunu əvəz etmir, buna görə müntəzəm olaraq faydalı məhsullarla qidalanmağı unutmayın. Bu halda D4X kompleksi sizin rasionunuza ən qiymətli əlavədir. "Ağıllı yeməyin" qəbulunda heç bir məhdudiyyət yoxdur – siz onlardan adi məhsullarda olduğu kimi istədiyiniz qədər istifadə edə bilərsiniz. D4X-dən su, çay, şirə, süd və ya yoqurtla birlikdə istifadə edərək yaradıcı yanaşma göstərməkdən çəkinməyin, və bu zaman o, son dərəcədə dadlı və faydalı qəlyanaltıya çevriləcək.