BİO-İN
Yeni "ağıllı" probiotiklər nəsli
Alimlərin məlumatına görə, insan orqanizmində təxminən 39 min bakteriya var. Amma onların heç də hamısı zərərsiz deyil.
Müxtəlif xəstəliklərdən yayınmaq üçün müdafiə lazımdır. Bu problemin öhdəsindən gəlməyə probiotiklər kömək edəcəklər. Bu canlı orqanizmlərdir və ya, başqa cür adlandırıldığı kimi, insanın bağırsaqlarında yaşayan "faydalı" bakteriyalar. Probiotiklərin orqanizmə təsiri böyükdür. Əgər xəstəlik törədən bakteriyalarla mübarizədə sizə "ciddi" köməkçi lazımlıdırsa, New Bio-In proqramının tam kursu münasib qərardır. Bu kurs bitəndən sonra hüceyrə metabolizmi normallaşır, həzm yolunun təbii müdafiəsi güclənir və ümumi səhhət yaxşılaşır.
Siz müxtəlif məhsulları kombinasiya edərək bərpa proqramını müstəqil şəkildə təşkil edə bilərsiniz. Vision-un hər qabı müəyyən məsələnin öhdəsindən gəlməyə kömək edir.
Long Lasting
70 gün müdafiə
Kompleks sağlamlaşdırılma proqramı 70 gün üçün nəzərdə tutulmuşdur.
Bu vaxt ərzində mikrobiom, yəni bakteriyalar "cəmiyyəti" bərpa olunacaq, və metabolizm yaxşılaşacaq. Nəticədə orqanizmin hüceyrə səviyyəsində cavanlaşması baş verəcək. Kursun 1-ci günündən 70-ci gününə qədər həzmi yaxşılaşdıran Activico qəbul etmək məsləhət görülür. Bununla yanaşı 1-ci gündən 14-cü üzrə günə qədər rasiona həzm yolunu təmizləməyə kömək edən Digestico əlavə edin, və 8-ci gündən 18-ci günə qədər biz mikrofloranın balansını bərpa etmək üçün Synbiotics qəbul etməyi məsləhət görürük. Cobiotico proqrama kiçik fasilələrlə əlavə edilir. O qidanı xırda hissəciklərə parçalayır. Bu məhsulu 19-cu gündən 28-ci günə qədər, sonra 4-cü gündən 49-cu günə qədər və, nəhayət, 61-ci gündən 70-ci günə qədər içmək lazımdır.
Fast Fix
28 gün müdafiə
Daha operativ nəticə üçün Fast Fix-in 28-günlük proqramı münasibdir. Bu zaman kəsiyi səhhətinizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün kifayətdir. Bundan başqa, Fast Fix əvvəlki kursla müqayisədə daha uzunmüddətli effekt verir. Onun köməyi ilə gələcəkdə belə problemlərdən yayınmaq üçün həzm sistemini sağlamlaşdırmaq və profilaktikanı keçirmək olar.
28 gün sonra mikrofloranızın balansı tamamilə normallaşdırılacaq. 1-ci gündən 7-ci günə qədər Digestico qəbul edin, 1-ci gündən 14-cü günə qədər isə Activico. Proqramda Synbiotics 5-ci gündən 11-ci günə qədər əlavə edilir. "Finiş düz xəttinə" Cobiotico ilə çatın. Onu kurs günlərinin 5-ci günündən 14-cü gününə qədər qəbul edin.
Express Solution
Bərpa üçün 14 gün
Daha sürətli effektə yönəlmiş insanlar üçün 14 günə nəzərdə tutulmuş Express Solution proqramı var. Bu proqram çərçivəsində preparatlardan kəskin həzm pozuntusu zamanı istifadə etmək olar. Proqrama əsasən iki həftə ərzində fasilələr olmadan Activico qəbul etmək məsləhət görülür. 1-ci gündən 7-ci günə qədər buna Digestico əlavə edilir. 5-ci gündən 11-ci günə qədər Synbiotics, 5-ci gündən 14-cü günə qədər isə Cobiotico içmək məsləhət görülür.
Nəticədə, bağırsaqların işi tamamilə bərpa ediləcək. Bu nəinki sizin əhval-ruhiyyənizə və səhhətinizə, həm də zahiri görünüşünüzə müsbət təsir göstərəcək! Vision-dan probiotiklarla birlikdə öz sağlamlığınıza qayğı göstərin! Və o mütləq bunun üçün sizə "təşəkkür" edəcək!